17 March 2026
2026/03/05 - 18:13
View 97

İran Silahlı Qüvvələrinin Baş Qərargahı: Azərbaycan Respublikasına dron atılması xəbərini təkzib edirik

.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı: "Azərbaycan Respublikasına dron atılması xəbərini təkzib edirik"

 

"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşdığını bəyan edərək, Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikası istiqamətində dron buraxılması barədə xəbərləri təkzib edir.

Müsəlman ölkələri arasındakı münasibətləri müxtəlif yollarla pozmağa yönəlmiş bu növ təxribatçı addımlar qondarma sionist rejimi üçün xarakterikdir və əvvəllər də analoji hallara yol verilib. Aparılmış araşdırmalara əsasən, İran İslam Respublikasını ittiham etmək məqsədilə həyata keçirilən bu qəsdin arxasında məhz həmin rejimin dayandığı müəyyən edilmişdir."

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است