17 March 2026
2026/03/05 - 18:12
View 91

İranın dron hücumu barədə rəsmi bəyanatı

.

İranın dron hücumu barədə rəsmi bəyanatı

 

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Azərbaycanın "AnewZ" telekanalına müsahibəsində İranın Azərbaycana hücum etmədiyini bildirib və Naxçıvana dron hücumu ilə bağlı iddiaları təkzib edib.

Qəribabadi müsahibəsində vurğulayıb:

"İran qonşu ölkələrə hücum etmir. Bu hadisə diqqətlə araşdırılmalıdır. Bizim hədəfimiz qonşu dövlətlər deyil. İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və dinc İran əhalisinə qarşı hücumlarda istifadə olunan düşmən bazalarını, o cümlədən ABŞ və sionist rejimin hərbi obyektlərini hədəf almaqdan ibarətdir".

Nazir müavini ölkəsinin prinsipial mövqeyini xatırladaraq əlavə edib:

"Biz ən başından bəyan etmişik: əgər regionda İrana qarşı hücumlar üçün istifadə olunan hər hansı hərbi baza olarsa, biz həmin bazaları vuracağıq. Bu, bizim siyasətimizdir".

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است