17 March 2026
2026/03/08 - 13:34
View 70

Xarici İşlər Nazirliyinin Bəyanatı;Regional ölkələrin öz ərazilərinin İrana qarşı hərbi təcavüz üçün istifadə olunmasına yol verməmələri haqqında

.

Xarici İşlər Nazirliyinin Region ölkələrinin öz ərazilərini və imkanlarını İrana qarşı hərbi təcavüz üçün istifadəyə verməkdən çəkinmələrinin zəruriliyi ilə bağlı Bəyanatı

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Sionist rejimi və ABŞ-ın İran İslam Respublikasına qarşı 28 fevral 2026 şənbə günündən etibarən İslam İnqilabının Ali Dini Rəhbərinin və ölkəmizin bir qrup yüksək rütbəli rəsmisinin şəhid edilməsi, eyni zamanda hərbi və mülki infrastrukturlara, o cümlədən məktəblərə, xəstəxanalara, idman obyektlərinə, yaşayış binalarına və ictimai xidmət mərkəzlərinə hücumlarla başlayan və hələ də davam edən birgə hərbi təcavüzü, İranın ərazi bütövlüyünün və milli suverenliyinin açıq şəkildə pozulmasıdır.

 

Bu amansız hərbi təcavüzə cavab vermək, BMT Nizamnaməsinin 51-ci maddəsində də təsbit olunmuş İranın özünümüdafiə üzrə ayrılmaz hüququdur. İran İslam Respublikasının Silahlı Qüvvələri bu cinayətkar təcavüzə qarşı mübarizə aparmaq üçün bütün imkanlarından istifadə edir. İranın qanuni müdafiə hüququnun tətbiqi, təcavüz dayandırılana qədər və ya BMT Təhlükəsizlik Şurası Nizamnamənin 39-cu maddəsinə uyğun olaraq təcavüzkarları müəyyən edib tanımaq və onların təcavüzündən irəli gələn məsuliyyətləri müəyyən etməklə öz vəzifəsini yerinə yetirənə qədər davam edəcəkdir.

 

BMT Təhlükəsizlik Şurasına ünvanlanmış müxtəlif məktublarda izah edildiyi kimi, beynəlxalq hüququn "öz mülkiyyətində və suverenliyi altında olan ərazidən başqalarına zərər vurmamaq" fundamental prinsipinə əsasən, dövlətlərin öz ərazilərinin birbaşa və ya dolayısı ilə digər dövlətlərə zərər vurmaq üçün istifadə edilməsinə icazə verməsi qadağandır. Bu xüsusda, BMT Baş Assambleyasının tam konsensusla qəbul edilmiş və hərbi təcavüzün tərifi və nümunələri ilə bağlı beynəlxalq adət hüququ normalarını əks etdirən 3314 saylı qətnaməsinin 3-cü maddəsinin "v" bəndi, hərbi təcavüzün bir növünü belə müəyyən edir: "Bir dövlətin öz ərazisini digər bir dövlətin ixtiyarına verməsi və həmin dövlətin bu ərazidən üçüncü bir dövlətə qarşı təcavüz aktı törətmək üçün istifadə etməsinə icazə verməsi".

 

Bundan əlavə, beynəlxalq hüququn əsas prinsipi olaraq, dövlətlər öz ərazilərində yerləşən qüvvələrin digər ölkələrə qarşı hərbi təcavüz aktlarının qarşısını qətiyyətlə almalı, buna şərait yaratmamalı və dəstək verməməlidirlər. Sözsüz ki, qeyd olunan fundamental öhdəliklər pozulduğu təqdirdə, ərazilərindən üçüncü dövlətə qarşı hərbi təcavüz həyata keçirilən digər dövlətlər, dəymiş birbaşa və dolayısı zərərlərin ödənilməsi də daxil olmaqla, beynəlxalq hüquqi məsuliyyət daşıyırlar.

 

İran İslam Respublikası, ölkənin varlığını qorumaq üçün özünümüdafiə hüququndan istifadə edərək və BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsi üzrə öz vəzifə və öhdəliklərini yerinə yetirməkdəki aşkar səhlənkarlığı fonunda, regiondakı təcavüzkarların baza və qurğularına qarşı zəruri və mütənasib müdafiə əməliyyatları həyata keçirmişdir. Bu addım beynəlxalq hüquq baxımından legitimdir və bundan əvvəl müntəzəm olaraq müxtəlif səviyyələrdə lazımi xəbərdarlıqlar edilmişdi.

 

Heç bir amil İranın ABŞ və Sionist rejiminin hərbi təcavüzünə qarşı özünü müdafiə etmək hüququna xələl gətirə bilməz. İranın müdafiə əməliyyatları İran millətinə qarşı təcavüzkar hərəkətlərin mənbəyi və mənşəyi olan və ya bu cür məqsədlərə xidmət edən hədəf və obyektlərə qarşıdır. Region ölkələri artıq dərk etmişlər ki, onların torpaqlarındakı ABŞ bazaları regional təhlükəsizliyə heç bir kömək etmir, əksinə, yalnız sionist uşaq qatillərini və amerikalı təcavüzkarları dəstəkləmək üçün istifadə olunur.

 

İran İslam Respublikası region ölkələri ilə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipi, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında dostluq münasibətlərinin qorunub saxlanılmasına və davam etdirilməsinə çalışır və vurğulayır ki, İranın regiondakı ABŞ hərbi bazalarına və obyektlərinə qarşı müdafiə əməliyyatları heç bir halda region ölkələrinə qarşı düşmənçilik kimi qiymətləndirilməməlidir.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است