17 March 2026
2026/03/05 - 18:16
View 98

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Naxçıvan Muxtar Respublikasında baş vermiş hadisə ilə bağlı bəyanatı

.

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Naxçıvan Muxtar Respublikasında baş vermiş hadisə ilə bağlı bəyanatı

 

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrindən Naxçıvan Muxtar Respublikası istiqamətində iddia olunan dron hücumları ilə bağlı daxil olan çoxsaylı sorğuları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədilə aşağıdakıları bəyan edirik:

 

* İran İslam Respublikasının Bakıdakı Səfirliyi qeyd olunan hadisə barədə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən məlumatlandırılmışdır və hazırda məsələnin detalları tərəfimizdən araşdırılır.

* Qonşu ölkələrlə, xüsusilə Azərbaycan Respublikası ilə dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi İran İslam Respublikasının prinsipial siyasətidir. Bu baxımdan, İran ərazisindən hücum edilməsi barədə iddialar tamamilə əsassızdır.

* Cinayətkar ABŞ və uşaq qatili olan sionist rejimin İrana qarşı hərbi təcavüzündən sonra, İran İslam Respublikası özünün qanuni müdafiə hüququna əsaslanaraq, son günlərdə ABŞ və sionist rejimin hərbi bazalarına qarşı müəyyən tədbirlər həyata keçirmişdir. Bu addımlar heç bir halda dost və qonşu ölkələrə qarşı yönəlməyib, hədəf yalnız təcavüzkar tərəflərin hərbi bazaları olmuşdur.

* İran İslam Respublikasının Silahlı Qüvvələri həyata keçirdikləri hərbi əməliyyatları tam şücaətlə rəsmən bəyan edir və bu barədə ictimaiyyəti məlumatlandırır.

* Sionist rejimin qonşular arasında gərginlik yaratmaq məqsədilə həyata keçirdiyi "aldatma əməliyyatları" və son günlərdə şahidi olduğumuz qondarma "yalançı bayraq" (false flag) təxribatlarını nəzərə alaraq, Naxçıvan hadisəsinin ciddi şəkildə araşdırılması zəruridir.

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi — Bakı

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است