İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Azərbaycan Respublikasının Media və Yayım Şurasının bəyanatına dair mətbuat cavabı
.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Azərbaycan Respublikasının Media və Yayım Şurasının bəyanatına dair mətbuat cavabı
İran İslam Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Media və Yayım Şurasının bəyanatında yer alan və İran İslam Respublikası ilə Azərbaycan Respublikasındakı məktəblərdə hicab mövzusuna dair hadisələr arasında əlaqə olduğunu qeyd edən əsassız iddia və ittihamları qətiyyətlə rədd edir.
İran İslam Respublikasının Səfirliyi qonşu ölkələri Azərbaycan Respublikasında məktəblərdə geyim və hicabla bağlı cari məsələlərə cəlb etmək cəhdlərindən təəccübləndiyini bildirərək vurğulayır ki, İran İslam Respublikasının prinsipial siyasətinin əsasını qarşılıqlı hörmət, milli suverenliyə ehtiram, eləcə də dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi təşkil edir.
İran İslam Respublikasının Səfirliyi bu əsassız ittihamları rədd edərək, lazımsız gərginliklərin yaradılmasından çəkinməyin və iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır.