16 October 2026
2026/10/14 - 18:35

Azərbaycan-İran əlaqələrinin gələcək perspektivləri səfir cənab Dəmirçilu ilə XİN rəhbəri cənab Əraqçinin görüşündə müzakirə edilib

.

  • Azərbaycan-İran əlaqələrinin gələcək perspektivləri səfir cənab Dəmirçilu ilə XİN rəhbəri cənab Əraqçinin görüşündə müzakirə edilib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri xarici işlər naziri ilə görüşündə iki ölkə arasında baş verən cari prosesləri, habelə əlaqələrin gücləndirilməsi yollarını müzakirə etmişdir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu çərşənbə axşamı, oktyabrın 6-da xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşərək Tehran və Bakı arasındakı münasibətlərin son vəziyyətini və qarşıdakı perspektivləri nəzərdən keçirmişdir.

Görüş zamanı ikitərəfli münasibətlərə dair ən son proseslər təhlil olunmuş, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial, eləcə də iki ölkə arasında qarşılıqlı əlaqələrin və müntəzəm məsləhətləşmələrin gücləndirilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است