17 March 2026
2026/03/09 - 11:11
View 71

İran və Azərbaycan prezidentləri arasında telefon danışığı

.

İran və Azərbaycan prezidentləri arasında telefon danışığı

 

🔻 İran İslam Respublikasının və Azərbaycan Respublikasının prezidentləri regionda baş verən son proseslər və ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı telefon danışığı aparıblar.

 

🔹 İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bazar günü, 8 mart  2026-cı il tarixində regiondakı son proseslər və ikitərəfli münasibətlərə dair məsələlər ətrafında telefonla fikir mübadiləsi aparıblar.

 

🔸 Prezident cənab Pezeşkian söhbət zamanı Azərbaycan Prezidentinin İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin, habelə çoxsaylı mülki şəxsin şəhid olması ilə əlaqədar başsağlığı bildirmək məqsədilə ölkəmizin səfirliyini ziyarət etməsini və İrana humanitar yardım göstərmək niyyətini yüksək qiymətləndirərək buna görə təşəkkürünü ifadə edib.

 

🔸 Cənab Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı baş vermiş hadisənin İranla heç bir əlaqəsinin olmadığını vurğulayaraq qeyd edib ki, məsələ müvafiq qaydada hərtərəfli araşdırılacaq.

 

🔸 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də telefon danışığı zamanı İranda baş vermiş son hadisələr nəticəsində çoxsaylı mülki şəxsin həyatını itirməsi ilə bağlı bir daha dərin hüznlə başsağlığını ifadə edib.

 

🔸 İlham Əliyev Naxçıvanda baş vermiş insidentin obyektiv və hərtərəfli şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

 

🔸 Telefon danışığı zamanı iki ölkənin dövlət başçıları birgə iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı da ətraflı fikir mübadiləsi aparıblar.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است