10 May 2026
2026/05/06 - 16:47
View 91

İran Səfirinin Azərbaycan Milli Məclis Sədrinin müavini ilə görüşü

.

 

İran Səfirinin Azərbaycan Milli Məclis Sədrinin müavini ilə görüşü

 

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də ABŞ və sionist rejimin ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Müctəba Dəmirçilu ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzünün müxtəlif aspektlərini və bu kimi addımların region və dünya üçün yaratdığı mənfi fəsadları diqqətə çatdıraraq, beynəlxalq birliyin bu növ təcavüz aktlarının təkrarlanmaması və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması üçün qətiyyətli tədbirlər görməsinin vacibliyini vurğulamışdır.

Səfir, həmçinin İran və Azərbaycan Respublikası arasındakı dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişafında parlamentlərin roluna toxunaraq, əməkdaşlığın daha da genişləndirilməsi naminə parlamentlərin mövcud potensialından maksimum dərəcədə istifadə olunmasının zəruriliyini xatırlatmışdır.

Ziyafət Əsgərov öz növbəsində iki ölkə arasındakı əlaqələrin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə söykəndiyini qeyd etmişdir. O, bu münasibətlərin kənar təsirlərdən və regional gərginliklərdən asılı olmayaraq, bundan sonra da inkişaf edəcəyini və genişlənəcəyini xüsusi vurğulamışdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است