10 May 2026
2026/05/07 - 12:44
View 65

İran səfiri Bakıda kənd təsərrüfatı sərgisi ilə tanış olub

.

İran səfiri Bakıda kənd təsərrüfatı sərgisi ilə tanış olub

 

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu Azərbaycan Respublikasında keçirilən beynəlxalq kənd təsərrüfatı və müvafiq sənaye sərgisi ilə tanış olub.

Ölkəmizin səfiri sərgidə iştirak edən bəzi iranlılarla həmsöhbət olub və İranın "Xəzər Elektrik" şirkətinin stendinə baş çəkərək kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, sənaye və digər aidiyyəti sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlıq zəminləri barədə fikir mübadiləsi aparıb.

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının Bakıdakı səfirliyinin koordinasiyası əsasında, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə İran-Azərbaycan Müştərək Ticarət Palatasının rəhbərinin başçılığı ilə İran şirkətlərinin nümayəndələrindən ibarət heyətin bu sərgini ziyarət etməsi də gündəlikdə duran məsələlərdəndir.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است