“İƏT” Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə “Mirasımız” I Beynəlxalq Mobil Fotoqrafiya Festivalına start verilir
.
- “İƏT” Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə “Mirasımız” I Beynəlxalq Mobil Fotoqrafiya Festivalına start verilir
İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı) Mədəniyyət İnstitutu nəsillərarası bilik, bacarıq, ayin və mədəni ənənələrin ötürülməsi anlarını qeydə almaq və nümayiş etdirmək məqsədilə “Mirasımız” adlı I Beynəlxalq Mobil Fotoqrafiya Festivalının keçirilməsinə start verir.
Festival çərçivəsində İƏT-ə üzv dövlətlərin bütün vətəndaşları “Mirasın ötürülməsi” mövzusuna həsr olunmuş yaradıcılıq işlərini 12 iyul – 12 sentyabr 2026-cı il tarixləri arasında institutun katibliyinə təqdim etməyə dəvət olunurlar.
Sözügedən beynəlxalq layihədə təşkilata üzv olan bütün ölkələrin — Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan — vətəndaşları sərbəst şəkildə iştirak edə bilərlər. İştirakçılar yalnız mobil telefon kamerası vasitəsilə lentə alınmış fotoşəkillərini İƏT Mədəniyyət İnstitutunun rəsmi internet səhifəsi (http://www.ecieco.org) və ya festival@ecieco.org elektron poçt ünvanı vasitəsilə göndərməlidirlər.
İnstitutun rəsmi məlumatına əsasən, qaliblər üç əsas nominasiya üzrə müəyyən ediləcək, həmçinin hər bir üzv ölkədən təqdim olunan ən uğurlu fotoşəkil xüsusi fəxri fərmanla təltif olunacaqdır. Festivalın təntənəli bağlanış mərasiminin və seçilmiş əsərlərdən ibarət sərginin 2026-cı ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.
Festivalın ətraflı şərtləri və iştirak qaydaları ilə bağlı məlumatlar tezliklə İƏT Mədəniyyət İnstitutunun rəsmi internet platformasında maraqlananların iştirakına təqdim olunacaqdır.