31 January 2026
2025/12/12 - 21:04
View 99

Bakı Dövlət Universitetində İranın Sionist Rejimə dair Mövqeyinin İzahı

.

Bakı Dövlət Universitetində İranın Sionist Rejimə dair Mövqeyinin İzahı

 

“Müzakirənin Gücü” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi çərçivəsində İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Seyid Abbas Ərəqçi sionist rejimin təcavüzkar addımlarına dair öz şəxsi xatirələrini bölüşmüş, habelə İranın bu məsələyə dair prinsipial mövqeyini izah etmişdir.

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ikitərəfli görüşlər proqramını tamamladıqdan sonra cənab Nazir Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirmişdir.

Çıxışında cənab Ərəqçi beynəlxalq münaqişələrin həllində diplomatiyanın və dövlətlərarası əməkdaşlığın əvəzsiz rolunu vurğulamış, effektiv diplomatik fəaliyyət üçün tələb olunan əsas ilkin şərtlər barədə ətraflı məlumat vermişdir. O, eyni zamanda qeyd etmişdir ki, prinsipial mövqedən çıxış edərək aparılan məqsədyönlü müzakirələr hər bir dövlət üçün əlavə güc amili kimi çıxış edir.

Cənab Nazir hazırkı beynəlxalq münasibətlər sisteminin bəzi güc mərkəzlərinin qanunun aliliyini pozan davranışları və xarici siyasət məqsədlərinə nail olmaq üçün zor tətbiqinə əsaslanan vasitələrə üstünlük vermələri nəticəsində ciddi təzyiqlərlə üzləşdiyini bildirib. O, “qanunun aliliyi”nin “zorlayıcı intizam” əsasında diktə olunan nizamla əvəz edilməsinin beynəlxalq sülh və təhlükəsizliyi təmin etməyəcəyini, əksinə daha böyük qeyri-sabitlik və “Cəngəllik Qanunu”na qayıdış riski yaratdığını qətiyyətlə ifadə etmişdir.

Cənab Ərəqçi 1404-cü ilin Xordad ayı (İyun 2025) ərzində İran xalqının milli suverenlik və ərazi bütövlüyünün müdafiəsi sahəsində göstərdiyi qətiyyətli duruşa toxunaraq qeyd etmişdir ki, İran xalqı öz legitim maraqlarının təmin olunması istiqamətində xoşniyyətli və etimadlı danışıqlara daim sadiq qaldığı kimi, milli şərəfini və strateji maraqlarını qorumaqda da hər zaman prinsipial və əzmkar davranmışdır. O, əlavə etmişdir ki, İran dövləti öz varlığını və təhlükəsizliyini təhdid edən hər hansı xarici müdaxiləyə qarşı mübarizə aparmaqdan heç vaxt çəkinməyəcəkdir.

Tədbirin sonunda cənab Nazir “Müzakirənin Gücü” kitabının Azərbaycan dilində nəşr olunmuş variantını təqdim etmiş və kitabın nüsxələrini mərasimdə iştirak edən bir sıra professor və tələbələrə hədiyyə etmişdir.

Qeyd etmək lazımdır ki, kitabın “Atəş Altında Diplomatiya” adlı yeddinci fəslində sionist rejim və ABŞ tərəfindən İran–ABŞ danışıqlarının gedişatında ölkəmizə qarşı həyata keçirilmiş hərbi təcavüz ətraflı şəkildə təsvir olunur. Həmin fəsildəki hissələrdən birində belə qeyd edilir:

“Hakan Fidanla telefon danışığı aparırdım ki, qəfildən pəncərədən güclü bir işıq gördüm. Bir an sonra havada ard-arda bir neçə partlayış səsi eşidildi…”

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است