31 January 2026
2025/12/12 - 20:40
View 64

İran İslam Respublikasının Bakıdakı Səfirliyində “Tələbə Günü” qeyd olunub

.

İran İslam Respublikasının Bakıdakı Səfirliyində “Tələbə Günü” qeyd olunub

 

İran İslam Respublikasının Bakıdakı Səfirliyində “Tələbə Günü” münasibətilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan iranlı tələbələrin iştirakı ilə tədbir keçirilmişdir.

Mərasimdə çıxış edən ölkəmizin Bakıdakı Səfiri cənab Müctəba Dəmirçilu 1332-ci il Azər ayının 16-da (7 dekabr 1953-cü il) baş vermiş tarixi hadisənin mahiyyəti və İran tələbələrinin anti-müstəmləkəçilik hərəkatındakı müstəsna rolu barədə danışaraq, xaricdə təhsil alan iranlı tələbələrin ölkəmizi layiqincə təmsil etmələrinin vacibliyini vurğulamışdır.

Səfir, tələbəlik dövrünü gənclərin həyatının mühüm mərhələlərindən biri kimi dəyərləndirərək, ölkənin inkişaf və tərəqqisinə töhfə vermək məqsədilə təhsilə, bilik və bacarıqların artırılmasına məsuliyyətlə yanaşmağın zəruriliyini qeyd etmişdir.

Tədbir çərçivəsində Səfirlik və Konsulluq şöbəsinin məsul əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ali məktəblərində təhsil alan iranlı tələbələrə göstərilən konsulluq xidmətlərinin cari vəziyyəti barədə məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Görüş zamanı, həmçinin tələbələrin təhsil prosesi ilə bağlı müxtəlif məsələlər, o cümlədən onların diplomlarının ölkə daxilində qiymətləndirilməsi və tanınması prosedurları ətrafında fikir mübadiləsi aparılmışdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است