APA" İnformasiya Agentliyinin xəbər materialında irəli sürülmüş iddialara dair mətbuat cavabı
"APA" İnformasiya Agentliyinin baş direktoru Vüsalə Xanım Mahirqızı;
13 oktyabr 2026-cı il tarixində həmin agentlikdə "Azərbaycana qarşı ideoloji təxribat cəhdləri: Bəzi qüvvələr məktəbli forması bəhanəsi ilə ölkəmizin daxili işlərinə qarışır - TƏHLİL" başlıqlı material dərc olunduğu və bu yazıda İran İslam Respublikasının ünvanına uydurma, habelə əsassız iddia və ittihamlar səsləndirildiyi nəzərə alınaraq, səfirliyimiz etibarsız məlumatların tirajlanmasından, əsassız iddialardan və qərəzli təxribat xarakterli fikirlərdən təəssüf duyduğunu bildirir. Səfirlik ictimaiyyəti məlumatlandırmaq və ölkəmizin prinsipial mövqeyini bir daha bəyan etmək məqsədilə aşağıdakı məqamları diqqətə çatdırır:
İran İslam Respublikasının prinsipial xarici siyasəti həmişə qarşılıqlı hörmət, yaxın qonşuluq və digər dövlətlərin milli suverenliyinə ehtiram üzərində qurulmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının hər hansı etirazını, aksiya və ya narazılığını İran İslam Respublikası ilə əlaqələndirmək tamamilə əsassız və həqiqətdən uzaqdır.
Qeyri-obyektiv xəbərlərin yayılması və cari proseslərlə İran İslam Respublikası arasında süni bağlantılar yaratmağa cəhd göstərilməsi yalnız və yalnız iki ölkənin və ümumilikdə müsəlmanların düşmənlərinin maraqlarına xidmət edir. Həmin dairələr müsəlmanlar arasında nifaq salmağa, İslam ölkələrini zəiflətməyə çalışır və bu kimi yanaşmalar ikitərəfli münasibətlərdə lüzumsuz anlaşılmazlıqlara münbit zəmin yaradır.
İran İslam Respublikasının Bakıdakı Səfirliyi dövlətlərimiz arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, bu cür əsassız iddia və ittihamların səsləndirilməsindən çəkiniləcəyini gözləyir.