News Agency:Xəbərlər
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat bəyanatı
.
Azərbaycan Respublikası Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əsassız iddia və ittihamlarının İran İslam Respublikasının Bakıdakı Səfirliyi tərəfindən qətiyyətlə rədd edilməsi   İran İslam Respublikasının Bakıdakı Səfirliyi, Azərbaycan Respublikası Milli Qeyri-Hökumət Təşkilatları forumunun  hicab məsələləri ilə İran arasında qeyri-peşəkarcasına əlaqə yaratmağa cəhd göstərən uydurma və əsassız iddia və ittihamlarını qətiyyətlə rədd edir. Səfirlik xarici dövlətləri Azərbaycanın daxili məsələlərinə cəlb etməyə yönələn bu kimi təşəbbüslərdən təəccübləndiyini bildirərək, iki ölkənin dostluq və qardaşlıq münasibətlərində hər hansı lüzumsuz gərginlik yaratmaqdan çəkinməyin vacibliyini vurğulayır.
© 2019 - economy@mfa.ir