News Agency:Xəbərlər
İran və Azərbaycan Respublikası Astara Gömrük İdarələri rəhbərlərinin sərhəd görüşü
.
İran və Azərbaycan Respublikası Astara Gömrük İdarələri rəhbərlərinin sərhəd görüşü İran və Azərbaycan Respublikası Astara Gömrük İdarələri rəhbərləri Astara gömrük sərhəd-keçid məntəqəsinin sərhəd körpüsündə görüşərək gömrük məsələlərini və ticarət əlaqələrinin asanlaşdırılması yollarını müzakirə ediblər. İran və Azərbaycan Gömrük Xidmətlərinin rəhbərlərinin Biləsuvarda keçirilən görüşündən sonra baş tutan bu görüşdə sərhədin hər iki tərəfində mövcud olan məsələlər və problemlər diqqətə çatdırılıb, ticarət əlaqələrinin asanlaşdırılması üçün icra mexanizmləri və həll yolları barədə fikir mübadiləsi aparılıb. Yük maşınlarının giriş-çıxışının asanlaşdırılması istiqamətində zəruri koordinasiyanın təmin edilməsi, ticarət sahəsində yarana biləcək mümkün maneələrin aradan qaldırılması, eləcə də tacir və sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması görüşdə müzakirə olunan digər mövzular sırasında yer alıb.
© 2019 - economy@mfa.ir