News Agency:Xəbərlər
Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasının yeni Ali Rəhbərinə təbrik məktubu
.
Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasının yeni Ali Rəhbərinə təbrik məktubu   İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həzrətlərinə   Möhtərəm Ayətullah Xamenei həzrətləri.   İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.   Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.   Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.   Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm.   Hörmətlə,     İlham Əliyev   Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 9 mart 2026-cı il
© 2019 - economy@mfa.ir