İran İslam Respublikasının dünya üzrə diplomatik və konsulluq nümayəndələrinin ABŞ və sionist rejiminin İrana qarşı hərbi təcavüzünə dair bəyanatı
Bismillahir-Rahmanir-Rahim
إن كيد الشيطان كان ضعيفاً
Biz, İran İslam Respublikasının dünya üzrə bütün diplomatik və konsulluq nümayəndələrinin səfirləri və rəhbərləri, Böyük İran xalqının nümayəndələri və milli maraqların qoruyucuları olaraq, İslam İnqilabının ali ideallarına sadiqliyimizi və şəhidlərimizə, xüsusilə şəhid komandan və rəhbərimiz Ayətullah Seyid Əli Xamenei və bütün vətən şəhidlərinə, o cümlədən rəhbərimizin şəhid olduğu gün Tehran şəhərində ABŞ və sionist rejimi tərəfindən həyata keçirilmiş raket hücumunda şəhid olmuş 175 kiçik mələyə hörmətimizi ifadə edərək and içirik ki, diplomatiya sahəsində bütün qüvvəmizlə İranın suverenliyini, milli izzətini və ərazi bütövlüyünü qoruyacağıq.
Son günlər ABŞ rəsmilərinin diplomatik qurum və vətənpərvər İran diplomatları barədə səsləndirdiyi səriştəsiz və mənasız ifadələr, İran və İran İslam Respublikasının əsas həqiqətlərini anlamadıqlarının, xalqımıza, milli və dini dəyərlərimizə, vətənə sədaqətimizə və İran uğrunda son damla qanımıza qədər dayanma prinsipinə qarşı dərin nifrət və düşmənçiliklərinin açıq göstəricisidir. Bu mövqelər həm beynəlxalq hüququn və diplomatik normaların kobud şəkildə pozulmasını göstərir, həm də onların İran üzərinə hərbi təcavüzdə uğursuzluğunu və vətənimizin övladlarına qarşı psixoloji-intellektual savaşda uğursuz cəhdlərini ortaya qoyur.
Biz, dünya üzrə İranın səfirləri və diplomatik nümayəndələri olaraq, ölkəmizin qüdrətli diplomatiyasının davam etdirilməsini, İranın qəhrəman silahlı qüvvələri ilə birgə düşmənin şərindən qorunmaq üçün heç vaxt dayanmamağı və xalqımızın hüquqlarının beynəlxalq diplomatiyada güclü səslə müdafiəsini təsdiqləyirik. Biz milli, dini və qanuni vəzifəmizi yerinə yetirməkdə geri çəkilməyəcəyik.
İran İslam Respublikası Allahın köməyi, xalqın və rəhbərlərin polad iradəsi və zəkası sayəsində bu böyük sınaqdan da şərəflə qalib çıxacaq, düşmənlərin İran xalqını zəiflətmək planlarını boşa çıxaracaqdır.
Ey düşmən! Sən daşsan, mən isə dəmir! Canım vətənimin təmiz torpağına fəda olsun!
İran İslam Respublikasının dünya üzrə bütün diplomatik və konsulluq nümayəndələrinin səfirləri və rəhbərləri