News Agency:Xəbərlər
Azərbaycan Prezidenti İran dövləti və xalqına başsağlığı verərək həmrəyliyini ifadə etdi
.
Azərbaycan Prezidenti İran dövləti və xalqına başsağlığı verərək həmrəyliyini ifadə etdi   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının Bakıdakı səfirliyini ziyarət edərək, İslam İnqilabının Ali Rəhbərinin şəhadəti ilə bağlı açılmış matəm kitabını imzalamış, öz adından, Azərbaycan xalqı və dövləti adından dərin hüznlə başsağlığı və həmrəylik hisslərini ifadə etmişdir. Azərbaycan Prezidenti İrana həyata keçirdiyi səfərlər zamanı həzrət Ayətullah Xamenei ilə baş tutan görüşlərini xatırladaraq, o həzrəti "görkəmli bir şəxsiyyət" kimi xarakterizə etmişdir. Cənab İlham Əliyev bu şəhadətin böyük bir itki olduğunu vurğulayaraq, İran xalqı və dövlətinin bu ağır sınaqdan başıuca çıxacağına dair tam əminliyini ifadə etmişdir.
© 2019 - economy@mfa.ir