İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Məlumatı
Əziz iranlı həmvətənlər!
Bir daha canımızdan əziz Vətənimiz – İran İslam Respublikası cinayətkar düşmənin açıq təcavüzü və hücumuna məruz qalmışdır. Danışıqlar pərdəsi və aldadıcı üsullar altında həyata keçirilmiş bu təcavüz bəşəriyyətin düşmənlərinin əsl simasını bir daha üzə çıxarmışdır. Şübhə yoxdur ki, tarix boyu çoxsaylı ağır sınaqlardan üzüağ çıxmış əziz İran bu dəfə də təcavüzkarlara qalib gələrək mövcud şəraitdən şərəf və qürurla çıxacaqdır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi əziz həmvətənləri sakitliyi və təmkinliyi qorumağa, əziz Vətənimiz İran və onun qəhrəman müdafiəçiləri üçün dua etməyə dəvət edir və eyni zamanda bildirir ki, səfirliyin bütün strukturlarının, o cümlədən konsulluq şöbəsinin gündəlik fəaliyyəti normal qaydada davam etdirilir.
Əziz iranlı həmvətənlər, zəruri xidmətlərin göstərilməsi ilə bağlı məlumat almaq və koordinasiya məqsədilə aşağıdakı vasitələrdən istifadə edə bilərlər:
Səfirliyin rəsmi internet saytında dərc olunmuş məlumatlar:
https://azerbaijan.mfa.gov.ir/
Səfirliyin 2 saylı binasında yerləşən Konsulluq şöbəsinə birbaşa müraciət:
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Şərifzadə küçəsi, “İnşaatçılar” metro stansiyasının qarşısı, 17
Əlaqə telefonları:
00994124340340 – 00994124330311
WhatsApp vasitəsilə:
00994502433438