News Agency:Xəbərlər
İranın yol və şəhərsalma naziri Azərbaycanın energetika naziri ilə görüşüb
.
İranın yol və şəhərsalma naziri Azərbaycanın energetika naziri ilə görüşüb   Azərbaycan ilə İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə görüşüb. Görüşdə elektrik enerjisinin ticarəti və mübadiləsi sahəsində əməkdaşlıq, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tamamlanması və istismara verilməsinin sürətləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər həmçinin Xəzər dənizindəki neft və qaz resurslarının birgə istismarı, eləcə də sərhəd çaylarının su ehtiyatlarından birgə istifadənin davam etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparıblar.
© 2019 - economy@mfa.ir