News Agency:Xəbərlər
İranın yol və şəhərsalma naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri arasında görüş keçirilib
.
  İranın yol və şəhərsalma naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri arasında görüş keçirilib   İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq Azərbaycan ilə İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb. Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, tranzit daşımalarının artırılması və sürücülərin gediş-gəlişinin asanlaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, iki ölkənin birgə nəqliyyat işçi qrupunun davamlı və mütəmadi iclaslarının keçirilməsinin vacibliyi vurğulanıb. Tərəflər "Şimal-Cənub", habelə "Fars körfəzi - Qara dəniz" tranzit marşrutlarının səmərəli fəaliyyəti və işə salınması üçün çoxtərəfli görüşlərin keçirilməsi və lazımi koordinasiyanın təmin edilməsi barədə razılığa gəliblər.
© 2019 - economy@mfa.ir