İran İslam Respublikası və Azərbaycan Respublikasının Xarici İşlər Nazirləri arasında telefon danışığı olub
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı gecəsi telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional prosesləri müzakirə edib. Bu telefon danışığında tərəflər, ölkəmizin xarici işlər nazirinin ötən il 7 dekabr tarixində Bakıya səfəri zamanı əldə olunan razılaşmaları nəzərdən keçirərək, ikitərəfli münasibətləri gücləndirmək və Qafqaz regionu ilə bağlı məsələlər də daxil olmaqla, çoxtərəfli məsələlərdə əməkdaşlığı inkişaf etdirmək üçün ortaq qətiyyətini vurğulayıblar. Əraqçi, bölgədəki hadisələri və ABŞ-ın dağıdıcı müdaxiləsi və sionist rejimin hegemonluq səylərindən qaynaqlanan təhdidləri təsvir edərək, regional sülh və sabitliyə qarşı təhdidlərlə mübarizə aparmaq, eləcə də üçüncü tərəflər tərəfindən öz ərazilərindən sui-istifadənin qarşısını almaq üçün regiondakı bütün ölkələrin ortaq məsuliyyətini qeyd edib.